bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vilyam Hacıyev bəraət istəyir

15-08-2022, 11:00 63 dəfə baxılıb

Vilyam Hacıyev bəraət istəyir

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsindəki hökmdən narazıdır.

Bizimlider.com-un əldə etdiyi xəbərə görə, sabiq icra başçısının vəkilləri apellyasiya şikayəti veriblər.

Şikayət ərizəsində Vilyam Hacıyevin verilmiş ittihamlarla təqsirli bilinməsi üçün yetərli sübutların olmadığını, verilmiş ittihamların məhkəmə istintaqı zamanı təsdiq olunmadığını və birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırılmadığını əsas gətirən vəkillər hökmün ləğv edilərək bəraaət qərarı verilməsini xahiş ediblər.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Bizimlider.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930