bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir?

6-12-2022, 11:54 60 dəfə baxılıb

Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir?
“Xəzər dənizində suitilərin kütləvi ölümünə metan səbəb ola bilər”.

Bu barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov məlumat verib:

“Müxtəlif seysmik hərəkətlər nəticəsində təkanlar, mikroçatlar, nasazlıqlar yaranır və təbii qaz çıxır. Təbii qaz, praktiki olaraq, tamamilə metandır. O, suda yaxşı həll olunmur və səthə qalxır”.

Ekspertin sözlərinə görə, ehtimal ki, suitilər sonradan onların sinir sistemini məhv edən metanla nəfəs alıblar. Muxametov bildirib ki, Xəzər sularına kimyəvi sızma ehtimalı azdır, çünki belə olan halda dəniz faunasının digər nümayəndələri də zərər çəkərdi.

Digər ehtimal da təbii qaz tullantılarının yaratdığı hipoksiya səbəbindən suitilərin tələf olmasıdır.

Qeyd edək ki, dekabrın 3-də Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın ölü suiti tapılıb, ertəsi gün bu rəqəm 2,5 minə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930