bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Suriyanın yeni rəhbərliyi, görünür, xaricdən olan nüfuzlu qadın siyasətçilərlə davranışda böyük problemlər yaşayır

7-01-2025, 14:15 1 dəfə baxılıb

 Dəməşqdəki görüşdən sonra Suriya hakimiyyətinin paylaşdığı fotoda ölkənin XİN rəhbəri Annalena Berbokun üzünün bağlandığı barədə məlumat yayıb.

Iddialara baxmayaraq, Suriyanın "Sana" rəsmi xəbər agentliyinin Berbokun şəkillərini senzurasız dərc etdiyi məlum olub.

Qeyd edək ki, Almaniyanın "N-tv" telekanalı Dəməşqdəki görüşdən sonra Suriya hakimiyyətinin paylaşdığı fotoda Annalena Berbokun üzünün bağlandığı barədə məlumat yaymışdı. Bildirilirdi ki, Almaniya XİN rəhbəri ilə yanaşı naziri müşayiət edən iki tərcüməçi də retuş edilib.

"Suriyanın yeni rəhbərliyi, görünür, xaricdən olan nüfuzlu qadın siyasətçilərlə davranışda böyük problemlər yaşayır", - deyə telekanal qeyd etmişdi.

Xatırladaq ki, yanvarın 3-də Suriyanın yeni administrasiya nümayəndələri ölkəyə elan olunmamış səfər edən Almaniya XİN rəhbəri ilə əl sıxmaqdan imtina ediblər. Yayımlanan videoda görünür ki, Berbok hökumət təyyarəsinin trapından birinci düşür və Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə yaxınlaşır. Suriyalı siyasətçilər görüş zamanı əllərini sinələrinə qoyaraq nazir ilə əl sıxmaq niyyətində olmadıqlarını aydın şəkildə göstəriblər. Bir qədər sonra onlara alman nümayəndə heyətindən olan kişi yaxınlaşır və suriyalılar, əksinə, onunla həvəslə əl sıxırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031