bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyanın ən bahalı liqaları - SİYAHI açıqlandı

17-02-2025, 23:00 1 dəfə baxılıb

 "Sportingpedia" dünyanın ən bahalı liqalarının reytinqini açıqlayıb.

Bizimlider xəbər verir ki, siyahı çempionatlarda çıxış edən bütün futbolçuların təxmini dəyərinə əsaslanaraq tərtib edilib.

Ən bahalı çempionat İngiltərə Premyer Liqası hesab olunub. "Dumanlı albion"da futbolçuların ümumi dəyəri 11.77 milyard avro olaraq qiymətləndirilir.

İlk üçlükdə növbəti yerlərdə İspaniya La Liqası (5.29 milyard) və İtaliya A seriyası (5.07 milyard) qərarlaşıb.

Siyahının sonrakı sıralarında Almaniya Bundesliqası (4.48 milyard), Fransa Liqa1 (3.52 milyard), Braziliya A seriyası (1.63 milyard), Portuqaliya Premyer Liqası (1.59 milyard), Niderland Erediviziyası (1.28 milyard), ABŞ və Kanada komandalarının çıxış etdiyi MLS (1.24 milyard) və Türkiyə Superliqası (1.15 milyard) yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031