bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rövnəq Abdullayev AFFA prezidenti seçilib

28-01-2020, 13:37 294 dəfə baxılıb

Rövnəq Abdullayev AFFA prezidenti seçilibAFFA-nın prezident seçkiləri keçirilib.
Qurumun rəhbəri assosiasiyanın bu gün keçirilən növbəti Konfransında seçilib.

“Bulvar otel”də baş tutan tədbirdə Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti olub. Seçkilərdə yeganə namizəd olan qurum rəhbəri 2024-cü ilə qədər ölkə futboluna rəhbərlik edəcək.

O, 4-cü dəfə bu vəzifədə çalışacaq. İlk dəfə 2008-ci ildə AFFA-nın prezidenti seçilən R.Abdullayev 2012-ci və 2016-cı illərdə Konfransın etimadını qazanıb.

Qeyd edək ki, R.Abdullayev AFFA-nın sayca 3-cü prezidentidir. Ona qədər Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2003-2007) qurumun rəhbəri olub.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930