“Koronavirus” sözünə qadağa qoyulan Türkmənistanda futbol çempionatı bərpa edildi
Futbol üzrə Türkmənistan çempionatının oyunları bərpa olunacaq.
Xəbəri “Azadlıq Radiosu”nun Türkmənistan xidməti yayıb.
İkinci dövrənin qarşılaşmaları aprelin 19-da bərpa ediləcək. Oyunlarda azarkeşlərin də iştirakına icazə veriləcək.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Mərkəzi Asiya Futbol Assosiasiyası milli çempionatların oyunlarında fasilə verilməsi haqda qərar verib.