bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Teymur Rəcəbov ABŞ və Rusiya yığmasına qarşı

7-05-2020, 10:59 343 dəfə baxılıb

Teymur Rəcəbov ABŞ və Rusiya yığmasına qarşı
Onlayn formatda keçirilən şahmat üzrə Millətlər Kubokunda bu gün III və IV turların görüşləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı "Dünyanın qalan hissəsi” yığması III turda ABŞ komandası ilə mübarizə aparacaq. Teymurun birinci lövhədə Hikaru Nakamura və ya Fabiano Karuana ilə qarşılaşacağı gözlənilir.

IV turda "Dünyanın qalan hissəsi” komandası Rusiya yığması ilə qarşılaşacaq. Böyük ehtimalla Teymurun rəqibi Yan Nepomnyaşi olacaq.

Qeyd edək ki, dünya yığması birinci turda Çin yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda Hindistan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30