bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Avropa Liqası: "Qarabağ" qaydanı ən çox pozan komandadır

23-10-2020, 12:17 189 dəfə baxılıb

Avropa Liqası: "Qarabağ" qaydanı ən çox pozan komandadır
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunun statistikaları açıqlanıb.

"Report"un məlumatına görə, İsraildə "Makkabi"yə (Təl-Əviv) uduzan "Qarabağ" ilk oyunlardan sonra qaydanı ən çox pozan komanda olub.

Ağdam təmsilçisi 90 dəqiqə ərzində 25 dəfə "foul" edib. İsveçrə "Yanq Boyz"u 22 "foul"la ikinci, "Makkabi" (21) isə üçüncü pillədə qərarlaşıb

"Qarabağ"da Filip Ozobiç ən çox kobudluq edən futbolçudır. 29 yaşlı xorvatiyalı yarımmüdafiəçi meydanda olduğu 80 dəqiqə ərzində 5 dəfə qaydanı pozub və sarı vərəqə ilə cəzalanıb.

Komandanın digər yarımmüdafiəçisi Patrik Andrade də ən çox "foul" edən oyunçuların siyahısındadır. 90 dəqiqə meydanda olan oyunçu 4 dəfə qayda pozuntusuna yol verib və sarı vərəqə alıb.

Qeyd edək ki, qarşılaşma "Makkabi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930