bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Evlərin qiyməti artmaqda davam edəcək: Bahalaşmanı şərtləndirən səbəblər

Dün, 14:00 0 dəfə baxılıb

 Mənzil bazarında qiymətlər artmaqda davam edir. Bunu statistik məlumatlar da təsdiqləyir. Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir. Bəs bu nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?

Bizimlider "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ən yüksək qiymət artımı Nərimanov rayonundadır"

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir: "Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728