bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mərkəzi Bank illik inflyasiyanı AÇIQLADI

12-03-2025, 11:00 1 dəfə baxılıb

 Bu ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4 faiz olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5 faiz, qeyri-ərzaq malları üzrə 2.6 faiz, xidmətlər üzrə 8.4 faiz təşkil edib. İllik baza inflyasiya isə 4.3 faiz olub.

Bizimliderxəbər verir ki, son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5 faiz təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9 faizlik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5 faiz ucuzlaşıb.

Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) olacağı proqnozu dəyişməz qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031