Zərərçəkən vətəndaş sığorta şirkətinə məhkəmədə qalib gəldi
“Standard İnsurance” şirkətini məhkəməyə verən vətəndaş qalib gəlib.
Bizimyol.info xəbər verir ki, Təhməz Akif Asif oğlu Nəsimi Rayon Məhkəməsinə adıçəkilən şirkətdən narazılığını bildirərək ona dəymiş ziyanın ödənilmədiyini iddia edib.
“Akif Təhməzov “Standard İnsurance” sığorta şirkətindən 3940 manat sığorta ödənişi alıb. Lakin bu məbləğlə razılaşmayıb. A.Təhməzov Nəsimi rayon Məhkəməsinə müraciət edən zərərçəkən avtomobilinə 8502 manat zərər dəyməsi təsdiqlənib. Beləliklə, zərərvuranlar Əmənov Əlizamin və Əmənov Fikrətdən müştərək qaydada 3502 manat, sığorta şirkətindən isə 1060 manat tutulacağı barədə məhkəmə qətnamə çıxarıb. “Standard İnsurance” həmin məbləği ödəyəcəyini bildirib”,- deyə sığorta üzrə ekspert, hüquqşünas İlkin İbrahimov bildirib.