SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib
Bu ilin birinci rübündə SOCAR (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) xarici bazarlara 94 min tona yaxın metanol, 43 min tondan çox karbamid ixrac edib.
SOCAR-dan verilən məlumata görə, “SOCAR Polymer” tərəfindən istehsal olunan polimer məhsulları artaraq, 49 min tondan artıq olub.
Məlumata əsasən, istehsal edilən məhsulun 43 min tondan çoxu, yəni 89%-i ixrac edilib, 5%-ə yaxın hissəsi isə daxili bazarda realizə edilib.