bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ-da qaz qiymətləri rekord həddə yüksəlib

5-05-2022, 09:38 43 dəfə baxılıb

ABŞ-da qaz qiymətləri rekord həddə yüksəlib


Mayın 3-də ABŞ-da təbii qazın qiyməti, demək olar ki, 14 ilin rekordunu yeniləyib. Hərrac məlumatlarına görə, fyuçerslərin dəyəri bir milyon Britaniya istilik vahidi (MMBTU) üçün 8,169 dollar səviyyəsinə çatıb – bu, hər min kubmetr üçün təxminən 290 dollar təşkil edir.

Sonradan qiymət korrektə olunub, lakin mayın 4-də qaz yenidən əvvəlki günün bağlanış səviyyəsinə (8,071 dollar, üstəgəl 1,5 faiz) qədər bahalaşıb.

CNBC-nin məlumatına görə, bu rekord Rusiya müharibə əməliyyatlarının başlamasından sonra yaranmış enerji böhranı fonunda qeydə alınıb.

“OTC Global Holdings”in baş vitse-prezidenti Kempbell Faulnkerin sözlərinə görə, bu artım daha sərt bazar konyunkturasına reaksiya olaraq, o cümlədən enerji məhsullarına da təsir edə biləcək növbəti Avropa sanksiyalar paketinin tətbiqi ilə bağlıdır. Qiymətlərə ABŞ-da istehsalın azalması, eləcə də anbarların doluluq səviyyəsinin nisbətən aşağı olması da təsir edir.

Mayın 4-də Avropada qazın qiyməti hər min kubmetr üçün 1180 dollar civarında (yeddi faizdən çox artım) möhkəmlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30