bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İlin birinci yarısında 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

19-07-2022, 13:05 56 dəfə baxılıb

İlin birinci yarısında 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib


2022-ci ilin birinci yarımilliyində “Startap” şəhadətnaməsinin verilməsi üçün 46 mikro və kiçik sahibkar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

KOBİA-dan BizimLider.com-a bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro sahibkara şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi kənd təsərrüfatı, aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üçün təqdim edilib. Ümumilikdə isə indiyədək 44 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi linkdən tanış olmaq olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930