“Azəriqaz”: Hazırda qazlaşma səviyyəsi mənzillərin sayına görə 96,3 faizdir
Respublikamızda hazırda qazlaşma səviyyəsi mənzillərin sayına görə 96,3 faizdir.
BizimLider.com xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.
“Qarşıdakı illərdə qazlaşma səviyyəsinin 99 faizə qaldırılması nəzərdə tutulub. Qazlaşma mərhələli şəkildə həyata keçirilir. Əsasən, meşəətrafı yaşayış məskənləri və dağlıq ərazilərə üstünlük verilir”,- deyə şöbə rəisi əlavə edib.