bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Təhsilimiz günü-gündən inkişaf edir.

17-01-2025, 11:13 34 dəfə baxılıb

 

Hər bir ölkənin gələcəyi onun intellektual potensialından asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, həmin ölkələrdə təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan da bu yolu seçibdir. Təhsilimiz günü-gündən inkişaf edir. Bu inkişaf isə biz tələbələri çox sevindirir. Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı mövcuddur.    Qeyd edək ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir.  Bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. 
    Azərbaycanda  elmə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır.  Ulu Öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq  Azərbaycanda elm müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması o zaman ölkə rəhbərliyinin diqqət  mərkəzində olmuşdur.  Elbrus Bayramov adına Beyləqan rayon Təbiət və Humanitar Təmayüllü liseyin direktoru Tural Zeynalov rayonun Mayak kəndində bir müddət müəllim və direktor işləmişdir. Bu ilin sentyabrında adı çəkilən liseyə direktor təyin edilib. Rəhbərlik etdiyi liseydə 693 şagird, 56 müəllimə çalışır.  Və O , Xocalı faciəsi ,20 Yanvar hadisəsi ilə bağlı bir sıra tedbirlər  keçirmişdir.

                                                                                                                                                                                      Ceyhun Vaqifoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031