Zamanın toxunduğu ömür...
1945-ci il may ayının 24-də Qərbi Azərbaycanın Qarakilsə rayonu Urud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetin fizika fakültəni bitirmiş, 1976-cı ildə elmlər namizədi, 1987-ci ildə elmlər doktoru elmi dərəcəsini almişdır. 1968-2000-ci illərdə BDU-nun “Ümumi Fizika” kafedrasında laborant, baş laborant, müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. 2000-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin rektoru olmuşdur. 2014-cü ildən BDU-da professor vəzifəsində çalışır. Nadir Qəhrəmanov uzun illər SDU-nun “Elmi Xəbərlər “ jurnalının baş redaktoru olmaqla bərabər özünün sədrliyi ilə 11 Beynəlxalq elmi konfrans keçirmişdir. 370 elmi əsərin, 67 patent və ixtiranın, həmçinin 12-monoqrafiyanın, 16 dərslik və dərs vəsaitinin, müəllifidir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsildə
Xüsusi Xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
2006-cı ildə “Məni bir səs çağırır” kitabımın işıq üzü gördüyü gündən 18 il keçir. Həmin kitabda mən obyektiv və subyektiv səbəblərdən həyatımın az bir hissəsini qələmə almışam. Aradan xeyli keçməsinə baxmayaraq, nəhayət qərara gəldim ki, çətinliklə də olsa, yazmağa davam edim. Əlbəttə, bu o qədər də asan deyil. On səkkiz ildir ki, bədii yazıdan uzaqlaşmışam. Ömrümün son iyirmi ili haqqında bir cümlə belə yazmamışam. İndi vaxtilə qələmə ala bilmədiyim, yaddan çıxartdıqlarım və bilərəkdən üstündən keçdiyim anları yada salacaq, orta və ali məktəblərdə oxuduğum illərdə həyatımda mühüm rol oynayan müəllimlərimi xatırlayacaq, onların böyüklüyündən söhbət açacağam. İşlədiyim dövrü ayrı-ayrı mərhələlərlə araşdıracaq, özüm öz həyatımı bir daha nəzərdən keçirəcək, nəyin düz, nəyin səhv olduğunu araşdırmağa çalışacam.
Orta məktəbdə oxuduğum dövrü, həm uşaqlıq, həm də yeniyetmə dövrünü çox da işıqlandırıb, oxucunu yormaq istəmirəm. Hadisələrin bəziləri gülünc, bəziləri də sadəlöhvlüyümdən, yəni başa düşməməzliyimdən baş vermişdi ki, indi həmin əhvalatları yada salmaq utancaqlıq yaradır. Məncə, elə bu haqda “Məni bir səs çağırır” kitabımda yazdıqlarım kifayət edər. O kitabda zəruriyyətdən doğan və vacib saydığım bəzi hissələri bu kitabda yenidən işlənmiş variantda canlandırmışam.
2000-2013cü illər
Təhsil Naziri Misir Mərdanov
"Şöhrət ordeni"ni təqdim edərkən, 2010-cu il
Bu yaxınlarda şöhrət ordenli, professor Nadir Qəhrəmanovun nəfis tərtibatla Zamanın toxunduğu ömür adlı yeni bir kitabı çapdan çıxmışdır. Müəllif, bütün həyatı boyu gördüyü hadisələri canlı boyalarla əks etdirmişdir.
Bizim Lider əməkdaşı Aişə Əliyeva İlham qızı