"Bilmirəm niyə, bəlkə kişi ilə daha çox dostluq edirəm" - Xalq artisti
Xalq artisti Röya Ayxan verilişlərin birində qonaq olub. DİA.AZ-ın məlumatına görə, ifaçı mərhum bəstəkar Hikmət Mirməmmədlidən və Nailə Mirməmmədlidən danışıb. Röya bildirib ki, sözügedən bəstəkarlarla hər zaman sirrlərini bölüşüb: "Bəzi hallar var ki, valideynlərimə də danışmıram. Çox ağır bir borcum var idi. Çətin günlər keçirirdim. Onu ödədim bitdi, zəng edib Nailə xanıma (bəstəkar Nailə Mirməmmədli - red.) ağladım ki, bitdi. İşçilərim baxıb təəccüblənirdilər ki, ana-atanıza demirsiz. Onların xəbəri yox idi. Nailə xanımın ailəsi ilə sıx bağlılığım var. Onların evinə kim gəlib gedibsə, hamı ilə elədirlər.
Hikmət müəllim şəxsi həyata belə müdaxilə edirdi. 20-21 yaşda məşqə gec gəlirdim, başlayırdı ki, hardan gəlirsən? Deyirdi, o şeyləri qoy kənara, sənətə bax. Nailə xanımla başqa münasibətdə idik, Hikmət müəlimlə tam başqa. Elə şeylər var idi ki, Nailə xanıma danışmırdım. Bilmirəm niyə, bəlkə kişi ilə daha çox dostluq edirəm.
İlk dəfə onun yanına gedəndə qayıtdı ki, min manat düzəlt gəl, sonra mahnıya qulaq as. Getdim, bir həftədən sonra pulu tapıb gətirdim. Söylədi ki, indi pulu qoy cibinə, gəl oxu. O pulu isə aranjemana ver”.