Mikroinsultun ilkin əlamətləri açıqlandı
Həkimlər mikroinsultun əsas əlamətlərini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “NationNews” portalı yazır.
Bildirilir ki, mikroinsultun əsas göstəricisi diplopiya – gözdə ikiləşmədir. Digər simptom isə səhər yuxudan oyananda əl və ayaqların uyuşmağıdır.
Bundan savayı, koordinasiyanın itirilməsi və qəfil baş ağrıları da mikroinsultun istənilən vaxt ola biləcəyindən xəbər verir.
Xəstəliyin digər göstəriciləri isə zehnin dumanlanması və nitqdə problemin yaranmasıdır.