bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ağciyər xərçəngini müəyyən etməyin yeni üsulu tapıldı

5-04-2020, 15:09 166 dəfə baxılıb

Ağciyər xərçəngini müəyyən etməyin yeni üsulu tapıldı
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları ağciyər xərçənginin dəqiq diaqnozunu qoymağa kömək edən nanohisssəciklər hazırlayıblar.

Bu barədə “Science Translational Medicine” jurnalında yerləşdirilmiş məlumatda deyilir.

Yeni test nanohissəciklərin insan bədənində şiş olan yerlərdə yığılmağına əsaslanır. Belə hissəciklər orqanizmə yeridildikdən sonra həkimlər sidiyi təhlil edirlər və əgər markerlər aşkar edilirsə, bu, xərçəngin olduğunu təsdiqləyir.

Yeni metod hələ siçanlar üzərində sınaqdan keçirilib. Nanohissəcikləri tətbiq etməklə alimlər xəstəliyi heyvan xərçəngə yoluxduqdan 7,5 həftə sonra müəyyən edə biliblər. Bu mərhələdə siçanların ağciyərlərində şişin ölçüsü 2,8 kub millimetrdən az idi və orqanizmə hələ yayılmamışdı.

Tədqiqata əsasən, bu metod onkoloji xəstəliyin müxtəlif mərhələlərini seçməyə imkan verir.

Bildirilir ki, markerlər siqaret çəkənlərdə müşahidə olunan və tomoqrafiyada çox vaxt xərçənglə səhv salınan ağciyər iltihabını da müəyyənləşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930