bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Meta” məlumat yaydı: iranlı hakerlər ABŞ rəsmilərinin hesablarını sındırmaq istəyib

24-08-2024, 19:53 0 dəfə baxılıb





“Meta Korporasiyası” iranlı haker qrupunun ABŞ prezidenti Cozef Bayden və eks-prezident Donald Tramp administrasiyası ilə əlaqəli olan amerikalı məmurların "WhatsApp" hesabını sındırmaq cəhdlərinin izlərini müəyyən edib.

Bu barədə məlumat şirkətin saytında dərc olunub.

“İstifadəçi sorğularını nəzərdən keçirdikdən sonra təhlükəsizlik qruplarımız özlərini texnologiya şirkətlərinin dəstək nümayəndələri kimi təqdim edən kiçik bir qrup insanın vatsapını bloklayıblar.

Araşdırma zamanı, siyasətçiləri və diplomatları hədəf alaraq internetdə fişinqlə məşğul olan İranın APT24 haker qrupu ilə əlaqə yaradılıb. Haker hücumu İsrail, Fələstin, İran, ABŞ və İngiltərədəki şəxsləri hədəf alıb. Hücuma məruz qalan hesablar sındırılmayıb”, - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930