bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ Milli Təhlükəsizlik Şurasının təcili iclası ÇAĞIRILDI

8-01-2020, 14:44 65 dəfə baxılıb

ABŞ Milli Təhlükəsizlik Şurasının təcili iclası ÇAĞIRILDI
ABŞ Prezidenti Donald Tramp təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Modern.az "CNNTürk”ə istinadla xəbər verir ki, iclas İranın ABŞ hərbi bazalarını vurması ilə bağlı keçirilib.

Fövqəladə toplantıya Trampın köməkçisi Mayk Pens, Xarici İşlər naziri Mayk Pompeo və Müdafiə naziri Mark Esper qatılıb.

Adıçəkilən vəzifəli şəxslərin iclasa böyük sənədlərlə, qalın dosyelərlə qatıldığı bildirilir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın ABŞ əsgərlərinin İraq, Əsəd və Ərbil bazalarına yerləşdirdiyi 12-dən çox ballistik raket hücumu ilə bağlı ilk zərərin qiymətləndirilməyə çalışıldığını açıqlayıb.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30