Qərbin acizliyi, Putinin triumfu - Almaniyadan səs-küylü səfərə reaksiya
Vladimir Putinin Monqolustana səfəri Qərbin zəifliyini və Rusiya liderinin “zəfərini” nümayiş etdirdi.
Bu qiymətləndirmə Almaniyanın “Neue Zürcher Zeitung” qəzetində yer alıb.
Materialda qeyd olunur ki, Putin üçün Ulan-Bator səfəri zəfər idi, çünki bu, Moskvanın SSRİ-nin keçmiş müttəfiqinə təsirinin nə qədər böyük olduğunu göstərdi, eyni zamanda Qərb dövlətlərinin Rusiya prezidenti qarşısında acizliyini nümayiş etdirdi.
Qərb icmasının bir hissəsi olmağa çalışır, lakin, digər tərəfdən, Rusiya Federasiyası ilə dostluq münasibətlərinin saxlanmasının zəruriliyini başa düşür.
Xatırladaq ki, Rusiya prezidenti sentyabrın 2-də Monqolustana rəsmi səfər etmişdi. Ertəsi gün Vladimir Putin respublika prezidenti Uxnaaqiyn Xurelsuxla görüşüb.
Danışıqların nəticəsi olaraq dövlət başçıları neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Həmin gün onlar Ulan-Batorda marşal Georgi Jukovun abidəsi önünə gül dəstələri qoyublar.