bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"İran heç vaxt Rusiya və Ukrayna konfliktinin bir hissəsi olmayıb" - İran XİN

8-09-2024, 19:36 0 dəfə baxılıb




İran heç vaxt Rusiya və Ukrayna arasındakı konfliktin bir hissəsi olmayıb.

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İranın Rusiyaya ballistik raketlər göndərməsinə dair verilən sorğuya cavab olaraq bildirib.

Onun sözlərinə görə, İran müharibəyə qarşı olduğunu bildirməklə yanaşı Rusiya və Ukrayna arasında anlaşılmazlıqların həll olunması və hərbi qarşıdurmalara son qoyulması üçün diplomatik həll yolunu dəstəkləyir.

Kənani bildirib ki, İran Ukrayna böhranının əvvəlindən hərbi qarşıdurmanın bir hissəsi olmayıb və onun davam etməsini istəməyib.

“Ukrayna böhranı ilə əlaqədar İranın elan olunan prinsipial siyasəti dəyişilməz olaraq qalıb. Rusiyaya ballistik raketlərin göndərilməsinə dair iddianın təkrarlanması bəzi Qərb ölkələrinin siyasi məqsədləri əsasında baş verir və tamamilə əsassızdır”, - deyə o qeyd edib.

İran XİN rəsmisi qeyd edib ki, İran və Rusiyanın normal hərbi əməkdaşlığı Ukrayna müharibəsinin başlanmasından daha uzun tarixə sahibdir. Bu əməkdaşlıq ikitərəfli anlaşma, beynəlxalq hüquq və normalara əsaslanır və Ukrayna böhranı ilə əlaqəsi yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930