bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib

Bugün, 09:01 0 dəfə baxılıb

 




BMT Baş Assambleyası "Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümünə qarşı mübarizə" adlı qətnamənin lehinə səs verib.

Sənədi 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə, 10 ölkə bitərəf qalıb.

Sənədin əleyhinə səs verənlər arasında Almaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya da var. Azərbaycan, Əlcəzair, Belarus, Boliviya, Braziliya, Çin, Kuba və Serbiya qətnamənin lehinə çıxış ediblər.

Qətnamənin müəllifi Rusiya, həmmüəllifləri isə Belarus və Türkmənistandır. Ənənəvi olaraq, Rusiya tərəfindən təqdim olunan və 2005-ci ildən qəbul edilən sənəd 74 bənddən ibarətdir.

Burada nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrin kəskin şəkildə pislənməsi, tarixi həqiqətin qorunub-saxlanılması səylərinin alqışlanması, bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı tövsiyələr, II Dünya müharibəsinin tarixinə və nəticələrinə yenidən baxılması haqqında müddəalar yer alır.

Qətnamə layihəsində, həmçinin, etnik, milli, dini və ya əqidəyə görə irqçiliyi, ayrı-seçkiliyi, nifrət və zorakılığı təşviq edən tədris materiallarından və ritorikadan istifadə qəti şəkildə pislənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031