bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan Əliyevin bu tələbinin icrasına başlayır - Qarabağla bağlı tarixi gediş

24-12-2024, 10:00 0 dəfə baxılıb

 

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ATƏT-in Minsk qrupunun de-yure buraxılması tələbini icra etməyə zəmin hazırlayır”.

B
u barədə erməni politoloq Qriqor Balasanyan deyib.

Onun sözlərinə görə,1994-cü ildən bəri aparılan danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı haqda bəyanatı da buna hesablanıb.

“Paşinyan Əliyevin Minsk qrupunun buraxılması tələbini icra edəcək. Artıq buna zəmin hazırlayır”, - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində Azərbaycanın əsas tələblərindən birinin Minsk qrupunun ləğv edilməsinə Ermənistanın razılıq verməsi olduğunu bildirib. Qarabağ münaqişəsi başa çatsa da, bu prosesi aparan Minsk qrupu hələ də de-yure buraxılmayıb.

Formatın ləğvi üçün Azərbaycanla yanaşı, münaqişənin tərəfi olan Ermənistan da ATƏT-ə müraciət etməlidir. Minsk qrupunun de-yure buraxılması Qarabağ məsələsində tarixi gedişlərdən biri olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031