bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyadan Qarabağla bağlı geri addım: İmtina edildi

1-01-2025, 17:56 1 dəfə baxılıb

 

Ermənistan növbəti dəfə avantüra ilə məşğuldur. Sülhlə bağlı ilkin şərt kimi irəli sürülən məsələlərdən erməni tərəfi imtina edir. Bu ilk növbədə ATƏT-in Minsk qrupunun ləğvi və Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə yerləşdirilmiş “missiyası” ilə bağlıdır.

Bunu politoloq Zərdüşt Əlizadə deyib.

“İndiki halda Minsk qrupunu saxlamaq mənasızdır. Təşkilat keçmiş Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə yaradılmamışdı. Bu alət idi. Üç dövlət (ABŞ, Rusiya və Fransa) Cənubi Qafqazda iradələrini qəbul etdirməyə çalışırdılar. 30 illik münaqişə dövründə Minsk qrupu heç bir fundamental sülh təklifi ilə çıxış etməyib”, - deyə o əlavə edib.

Politoloq hesab edir ki, münaqişənin həllindən və Qarabağın azad edilməsindən sonra Minsk qrupuna ehtiyac qalmayıb:

“Artıq Rusiya bunu anlayır. Kreml Qarabağ kartından istifadə edə bilməyəcəyinin fərqindədir. Rusiya-Ukrayna müharibəsindən sonra qrupun digər üzvləri ABŞ və Fransa Rusiyanın mövqeyini dəstəkləmək istəmir. Ona görə də, Moskva həmin təşkilatdan imtina edir”.

Zərdüşt Əlizadəyə görə, Cənubi Qafqazdakı iddialarına nikbin baxan ABŞ və Fransa isə Minsk qrupunu alət kimi itirmək istəmir:

“Qərblə inteqrasiyaya can atan Ermənistan rəhbərliyinə də “Minsk qrupundan imtina etmə” təlimatı gəlib. Ona görə də, Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra qurumdan imtina etməyin mümkünlüyündən danışır. Avropa İttifaqının da “missiyasının” sərhədlərin dəqiqləşməsindən sonra bölgədən çıxmaq ehtimalı gündəmə gətirilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031