Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar göndəriblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktublarda Ermənistanın irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası əsasında Azərbaycan xalqına və dövlətinə qarşı genişmiqyaslı hüquq pozuntuları törətdiyi xatırladılıb:
"Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın bu günlərdə ortaya çıxmış videoyazısı bunu bir daha göstərir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu çıxış, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilmiş olmasını birmənalı şəkildə sübut edir".
Məktublarda bütün bunları və eləcə də Ermənistanın irqi ayrı-seçkilik və sülhə zidd siyasətinin davam etməsini nəzərə alaraq, xarici dövlətlərin parlamentlərinə və beynəlxalq parlament assambleyalarına Ermənistanı irqçi siyasətdən, revanşizm və militarizm yolundan çəkindirmək və onun Qərbi azərbaycanlıların qayıdışına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırış ifadə olunur.
.p.ü.f.d.Hüseynova Dürdanə Cəmşid qızı
ADPU-nun”Riyaziyyatın ibidai kursunun tədrisi texnoloğiyası” kafedrasının müəllimi