Avropa İttifaqının "müşahidəçilər"i sərhəddə yenidən fəallaşıblar
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəddində yerləşdirilən "müşahidə missiyası" Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.
Bizimlider bu barədə "Report"a istinadən xəbər verir.
Görüntülərdən aydın olur ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşdirilən Aİ-nin "müşahidə missiyası"na məxsus maşın karvanı sərhədə doğru irəliləyir. Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.