bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ən yüksək seçici aktivliyi müşahidə olunan məntəqənin adı AÇIQLANDI

29-01-2025, 14:00 0 dəfə baxılıb

 16 saylı Yasamal ikinci seçki dairəsində ən aşağı aktivlik qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasından Bizimlider-a verilən məlumata görə, sözügedən seçki dairəsində seçici aktivliyi 2.39 faiz olub.

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində isə 18.4 faiz olmaqla ən yüksək seçici aktivliyi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasına dairələr üzrə seçici fəallığı haqqında məlumatlar daxil olub.

Bizimlider xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkisində saat 10:00-a olan aktivliyi açıqlayarkən deyib.

O bildirib ki, seçki ölkə üzrə 118 seçki dairəsinin 5 846 seçki məntəqəsində keçirilir. Məntəqələrin hamısı ilkin hesabatları MSK-ya təqdim edib.

İnformasiya mərkəzinin müdiri əlavə edib ki, respublika üzrə 499 575 nəfər səs verib, ortalama seçici fəallığı 8.35 faiz olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031