Millət vəkili gülüş doğuran görüntüsünü İNKAR ETDİ: "Mənim çıxışım olmayıb" - VİDEO
Millət vəkili Xahhüseyn Kazımlının Milli Məclisin komitə iclasındakı çıxışı yenidən paylaşılıb və sosial şəbəkələrdə ciddi müzakirə və gülüş obyektinə çevrilib.
Məsələ ilə bağlı Axar.az-a danışan Xanhüseyin Kazımlı belə bir çıxışı olmadığını iddia edib. Millət vəkili ümumiyyətlə yayılan videoda özünün olduğunu belə inkar edib:
" axı, yalan-yalan yazırlar. Yəqin səhv salmısınız”.
X.Kazımlı sözügedən video ilə bağlı mətbuat konfransı keçirəcəyini də bildirib.
Qeyd edək ki, bu il mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihəsi müzakirə edilib. İclasda komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Aydın Hüseynov çıxış edərək 2018-ci ilin büdcəsinin icra göstəricilərindən danışıblar.
Xanhüseyn Kazımlının bu çıxışı da 5 ay öncə Yutub sosial şəbəkəsinə yerləşdirilmişdi. Ancaq maraqlıdır ki, bu gün sözügedən video şəbəkədən silinib, əvəzində isə ötən gün yenidən yüklənən videolar paylaşılmaqdadır.