Sahibə Qafarova parlamentdəki islahatlardan danışdı
Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə həyata keçirilən islahatlardan danışıb.
Bizimlider.com-un məlumatına görə, spiker AZƏRTAC-a müsahibəsində deyib ki, Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur islahatlarının məqsədini açıqlayıb.
S.Qafarova bildirib ki, islahatların məqsədi istər parlament Aparatının, istərsə də İşlər İdarəsinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil olunmasıdır.
"Hesab edirik ki, Azərbaycan xalqının, seçicilərin də gözləntiləri bu yöndədir", - deyə o əlavə edib.