bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Milli Məclisdə yer üstündə dava düşdü

21-04-2020, 15:13 137 dəfə baxılıb

Milli Məclisdə yer üstündə dava düşdü
Milli Məclisin 17-də keçirilən plenar iclasında insident baş verib.

Bizimlider.com-un xəbərinə görə, koronavirusla bağlı bir metrlik məsafənin saxlanmasına görə, millət vəkillərinin yarısının yeri dəyişilib.
İclas başlamazdan əvvəl kimin harada əyləşəcəyi həmin masanın üzərində yazılıb.

Bu bölgü aparıldıqda bəzi deputatlara məcburən yuxarıda- qonaqlar üçün nəzərdə tutulan hissədə yer verilib.
Qonaq masasında əyləşdirilən deputatlar isə bundan narazı qalıblar. Həttə bunu ayrı-seçkilik, aşağılanmaq kimi qəbul edənlər də olub: "Niyə məhz məni bura qaldırıbsız?”

Narazılardan biri- gənc deputat Ramil Həsən isə etirazını orada deyil, iclasdan sonra sosial şəbəkələrdə bildirib. O özünün feysbuk hesbında status yazaraq, sədrin bölgüsünü tənqid edib.

Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılıb və sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmən xəbərdarlıq edilib.

Bildirilib ki, nizamnaməyə görə, deputatın sədrin verdiyi qərara etirazı varsa, birinci rəhbərliyə müraciət olunmalıdır.Bakupost






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930