bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın tanınmış iş xanımı koronavirusa yoluxdu - FOTO

6-12-2020, 14:20 128 dəfə baxılıb

Azərbaycanın tanınmış iş xanımı koronavirusa yoluxdu - FOTO
Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva koronavirusa yoluxub.

Milli.Az xəbər verir ki, bununla bağlı iş xanımı öz İnstagram səhifəsində paylaşım edib.

Ruhi Əliyeva hazırda bütün dünyanı cənginə almış koronavirusdan müalicə olunduğunu qeyd edərək, hər kəsə bu bəladan ciddi şəkildə qorunmağı tövsiyə edib:

"Hər vaxtınız xeyir, əzizlərim. Ümid edirəm hər biriniz yaxşısınız. Hazırda ölkəmiz və bütün dünya COVID-19 virusuyla mübarizə aparır. Təəssüf ki, son zamanlarda Azərbaycanda bu virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bütün deyilən qaydalara bacardığım qədər riayət etsəm də təəssüf ki, mən də koronavirusa yoluxdum. Çox şükür, indi daha yaxşıyam, müalicəm ev şəraitində davam edir. Baxın, əzizlərim, qızdırma, sümük ağrıları, halsızlıq kimi simptomlar olduğu təqdirdə həkimə gedərək test vermək, müalicələrə başlamaq və məsuliyyətli olmaq mütləqdir. Bəzən xəbərlərdə oxuyuram, koronavirus xəstələri yaşayış yerlərini tərk edərək, başqalarının həyatını da təhlükəyə atırlar. Belə olmaz. Kimsə bu xəstəliyi yüngül keçirirsə, başqası ağır keçirdə bilər. Özümüzü fikirləşdiyimiz qədər ətrafımızdakıları da düşünməliyik. Vitaminlərdən, immunitet gücləndirən dərmanlardan, maskadan istifadə mütləqdir. Allah hər kəsin köməyi olsun. Bütün xəstələrə şəfalar diləyirəm. Arzu edirəm bu bəla tezliklə başımızdan sovrular. Özünüzü qoruyun".

Azərbaycanın tanınmış iş xanımı koronavirusa yoluxdu - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30