Əli Həsənov televiziyalara "mavi"ləri doldurmaqla nə məqsəd güdürdü? - ŞOK FAKTLAR
İlk fəaliyyətə başlayanda ona “sehrli qutu” dedilər. Sonra “mavi ekran” oldu. Adı televizor olan bu qutu zaman keçdikcə insanların sosial həyatının bir hissəsinə çevrildi. İndi heç kim həyatını televiziyasız təsəvvür etmir. Ən pis halda günümüzün yarım saatını televiziya qarşısında keçiririk. Amma elə insanlar var ki, gününün 10-12 saatını “mavi ekran” qarşısında “əridir”. Ona görə də son vaxtlar televizora çağırılmamış qonaq da deyirlər. Vladimir İliç Lenin demişkən, “televiziya ən yaxşı təbliğatçı, təşviqatçı və təşkilatçıdır”. Televiziya siyasi rupordur. Ən zəif televiziyanın auditoriyası ölkə əhalisinin 25-30 faizini əhatə edir. Bu isə o deməkdir ki, televiziya ölkənin və cəmiyyətin idarə olunmasında ən yaxşı və asan vasitədir. Ona görə də əksər ölkələrdə genişzolaqlı televiziyaların fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Bu gün Azərbaycanda 15-dən çox televiziya kanalı fəaliyyət göstərir. Onların da 70-80 faizi müstəqil televiziyalardır. Əfsuslar olsun ki, bizlərin də çoxu müstəqilliyi “Ağanəzərəm, belə gəzərəm” kimi başa düşür. Ən dəhşətlisi isə odur ki, bu televiziyalar varislik ənənələrinə xəyanət edərək “mavi ekran”dan maviləşən televiziyalara çevrilirlər.
Bu gün istənilən televiziyamızda kifayət qədər “mavi”lər toplaşıb. Və ən pisi də odur ki, həmin “mavi”lər bəzi televiziyaların əsas simalarıdır. Ola bilsin ki, hansısa televiziya əməkdaşı mənə etiraz etsin. Desin ki, bizdə elələri yoxdur. Həmin adamlara işlədiyi kollektivlərindəki “mavi”lərin bir neçəsinin adını pıçıldaya bilərəm. Amma bunu öyrənməyin asan və praktik yolunu söyləyirəm. Deməli, “mavi”lər yeriyəndə başlarını dik tuturlar. Addımlayan zaman alınlarının sağ tərəfini daha çox yuxarı qaldırırlar. Yeriyəndə əl barmaqlarını xoruz qanadı kimi yana açırlar. Arxadan baxanda isə onların nazlı yerişini görmək olar. “Mavi”lər danışıq zamanı daha çox “eeeyy, eeeyy” və “yaxşı dəəə” ifadələrini işlədirlər.
Bəli, nə yazıq ki, hər gün evimizə gələn “çağırılmamış qonağın” xeyli hissəsi “mavi”lərdir. Bəs bu “mavi”ləri televiziyalara dadandıran kimlər oldu? Düşünmədən deyirəm ki, Əli Həsənov. Deyə bilərsiniz ki, Əlinin bu işdə nə marağı vardı? Mən də deyirəm ki, böyük marağı vardı. Səbəbi isə çox sadədir. Əli Həsənov ölkəmizdə uzun illər fəaliyyətdə olan 5-ci kolonun ən öndəgedən simalarından biridir. Və o, xaricdəki dayılarının tapşırığı ilə bir çox vəzifələr icra edirdi. Onlardan biri də Azərbaycanın genefondunu məhv etmək vəzifəsi idi. Fikrimin sübutu üçün N qədər misal çəkə bilərəm.
Amma əziz oxucuların başını ağrıtmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, Əli Həsənov təkcə “mavi”lərlə işləmirdi. Yüngül əxlaqlı qızların və qadınların televiziya ekranlarına ayaq açmasını stimullaşdırırdı. Bu qadınlar və “mavi”lər həm də Əli Həsənovun geniş agentura şəbəkəsinin üzvləri idi. Onların vasitəsilə həm Azərbaycanın milli-mənəvi dəyərlərini baltalayırdı, həm də pullu adamları və məmurları tora salıb şantaj edirdi. Nəticədə həm televiziyalardan, həm şantaj etdirdiyi adamlardan və ən nəhayət xaricdəki donor təşkilatlardan “dolya” alırdı.
Fikrimin sübutu üçün bir faktı deyim. 10-15 ilin söhbətidir. Azərbaycanda o vaxt bir QHT var idi. Bu təşkilat ölkədə televiziyaların və verilişlərin gündəlik, həftəlik və aylıq reytinqini “hazırlayırdı”. Ən qəribə də o idi ki, reytinqdə hər zaman milli-mənəvi dəyərlərimizə zidd verilişlər ilk pillələri tuturdu. Bu QHT-nin hazırladığı reytinq isə reklam bazarına çıxarılırdı. Təbii ki, o zamanlar Azərbaycandakı reklam bazarı da Əli Həsənovun nəzarətində idi. Və Əlinin göstərişi ilə ən yüksək reklam sifarişləri də məhz həmin düşük, tərbiyəsiz verilişlərə verilirdi. Bir dəfə mən yaxın münasibətdə olduğum sahibkardan soruşdum ki, “Ay qardaş, niyə bütün reklamlarınızı eyni televiziyaya və eyni verilişlərə verirsiniz? Əyilib qulağıma pıçıldadı ki, “Get, onu Əli Həsənovdan soruş”.
Mən o illərdə istədim ki, reytinq icad edən həmin QHT barədə bir telesüjet hazırlayım. Lakin mənə bunu etməyə imkan vermədilər…
Ümumiyyətlə, şantaj məsələsində Əli Həsənovun tayı-bərabəri yox idi. Buna aid bir misal çəkim. Bir vaxtlar AzTV-nin Türkiyə bürosunun rəhbəri var idi: İbrahim Nəbioğlu. İnsafən, peşəkar jurnalist idi. O çalışırdı ki, televiziyalardan birinə rəhbər gəlsin. Həmin televiziyaya da Əli Həsənovun öz namizədi var idi. İbrahimin işini pozmaq üçün Əli Həsənov buradakı agenturasını işə saldı. Bir neçə əxlaqsız qadının “gərgin əməyi” sayəsində İbrahim Nəbioğlunun “torbası tikildi”. İbrahimin pozğun qadınlarla çəkilmiş videogörüntüləri mətbuatda bir neçə ay “raskrutka” olundu. Bununla da İbrahim Nəbioğlunun kitabı bağlandı. Televiziya rəhbərliyi cəhənnəmə, Türkiyədəki işindən də oldu. Yəni Əli Həsənovun 5-ci kolonun üzvü olaraq antidövlət, antimilli hərəkətləri barədə danışmaqla qurtaran deyil.
Yeri gəlmişkən, bir olmuş hadisəni də danışım. ATV təzəcə yaranmışdı. O zaman danışırdılar ki, bu televiziya Ramiz Mehdiyevlə Əli Həsənovundur. Və televiziyanın da ilk layihələrindən biri “Qəfəs” adlı realiti-şou proqramı oldu. Milli-mənəvi dəyərlərimizi kökündən baltalayan bu layihənin ömrü çox qısa oldu. Layihənin dayandırılmasına səbəbsə oyun iştirakçılarının gecə vaxtı erotik görüntülərinin izlənməsi idi.
Deyilənə görə, o görüntüləri Əli Həsənov şəxsən oturub canlı izləyirmiş. Məsələ o qədər rezonans doğurdu ki, bilavasitə ölkə rəhbərliyinin göstərişi ilə layihə dayandırıldı. “Yaradıcı heyət” işdən qovuldu, televiziya rəhbərliyi dəyişdirildi.
Bax, Əli Həsənov Azərbaycan genefondunu belə məhv edirdi. Vaxtilə bütün televiziyalarda Əli Həsənovun “mavi” və yüngül əxlaqlı kadrlarlarından ibarət böyük bir ordu var idi. Çox təəssüf ki, onların böyük bir qismi hələ də televiziyalarda “çalışır”, Azərbaycan dövlətçiliyinə zərbələr vurur və milli-mənəvi dəyərlərimizin sarsıdılması üçün əllərindən gələni edirlər.
Daha bir nümunə gətirim. Müəyyən səbəblərə görə,adlarını çəkməyəcəyəm və tarix də söyləməyəcəyəm. Bir zamanlar televiziyaların birində bir “mavi” at oynadırdı. Necə olursa, bu gədə tanınmış bir məmurun qızının saqqızını oğurlayır. Və məsələdən qızın valideynləri xəbər tutur. Geniş imkanlara malik məmur da bu gədəni araşdırır, məlum olur ki, gədə “naturalnı mavi”dir. Bundan sonra çox çalışır ki, qızını gədədən soyutsun. Ancaq qız deyir ki, “ölsəm, torpağınam, qalsam, o gədənin”. Yazıq ata məcbur olur o gədənin “iş başında” videosunu çəkdirir və qızına göstərir ki, bax, gör kimi sevirsən. Lakin qız yenə inad edir. Bu dəfə ata daha radikal addım atır. Bütün əlaqələrini işə salaraq “mavini” əvvəlcə televiziyadan uzaqlaşdırır, sonra isə onu Azərbaycandan qovdurur. Beləcə, qızını gədədən ayırır.
Doğrudur, bir müddət sonra gədə Əli Həsənovun dəstəyi ilə yenidən televiziyaya qayıdır. Və bu qayıdışı çox möhtəşəm olur. İndi o gədə televiziyalardan birinin simasıdır. Bir dəfə bunu Teleradio Şurasının sabiq sədri Nuşirəvan Məhərrəmliyə də dedim. Soruşdum ki, “niyə belə hallara göz yumursunuz? Mənə dedi ki, “Neyləyək, özəl televiziyadır da. Onlar da nə iləsə pul qazanmalıdır”.
Bəli, Əli Həsənov və yaxın çevrəsi üçün ən cazib mövzu pul idi. Pula görə onlar istənilən oyuna gedirdilər. Pula görə millətin mənəviyyatını və ölkənin istiqlalını qurdlar süfrəsinə daşımışdılar. Çox təəssüf ki, Əli Həsənovun “xüsusi təyinatlıları” bu gün də televiziyalarda yetərincədir. Bəzi televiziyalar hələ də Əli Həsənov komandası və dəst-xətti ilə işləyir. Və Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə zərbələr endirməkdə davam edirlər.
Bu günlərdə “Xəzər” TV-nin daha bir siması olan Tolikin instaqram səhifəsində Qarabağ qazisi Əli Məmmədovu təhqir etməsi “bu siyasətin” məntiqi davamıdır. Gör, bu varlıq nə qədər qudurub ki, qaziyə “Kül təpənə…”, – deyir.
Adamı bundan artıq necə təhqir etmək olar?! Sonra da qayıdır ki, “ayın birinə qədər danışsan, bu telefonu sənə verəcəm”. Adamı ələ salmaq necə olar? Tolik deyilən adam bəyəm bilmir ki, onun qarşısında dayanan dilənçi yox, qalib Azərbaycan xalqının qazisidir? Tolik, əlbəttə, bunu bilir. Lakin onun missiyası budur ki, Azərbaycan qazisi, şəhidi ələ salınsın, təhqir olunsun. Sonra da bunu sosial şəbəkələrdə yayaraq ermənilərə və Azərbaycanı istəməyən digər qüvvələrə ideoloji silah kimi istifadə imkanı versin. Ermənilər də bu videonu paylaşıb desin ki, “gör Azərbaycan qazisi nə günə qalıb ki, gədə-güdədən telefon dilənir”.
Bəli, bu hadisə sıradan bir olay deyil. Bu, 5-ci kolonun üzvü olan Əli Həsənovun davamçılarının anti-Azərbaycan təxribatlarından növbətisidir. Ən dəhşətlisi isə budur ki, “Xəzər” TV bu dəfə də Toliki müdafiə etdi. Üstəlik, Tolikin müdafiəsi üçün kampaniyaya da başlayıb. Belə ki, qazi Əli Məmmədovun əmisi Zabil Məmmədov “nerviləşib”. Deyib ki, “Bizə görə (?) Toliki tənqid edənlər qələt edir”. Ay bərəkallah! Görəsən, Tolik və onun emissar dayıları Zabil Məmmədova nə boyun olublar? Yoxsa o, belə danışmazdı.
Hörmətli, Zabil Məmmədov! Söhbət sənin qardaşın oğlundan yox, 10 milyonluq Azərbaycan xalqının qazisinin şərəf və ləyaqətindən gedir. Qazi, şəhid bir evin yox, bir millətin oğludur. Millətin oğlunu təhqir edib, ələ salmağa isə heç kimin nə haqqı var, nə də hüququ. Hansı şərtlərdə olursa-olsun. Lap tutaq ki, sən dediyin doğrudur. Razılaşdırılmış telefon danışığıdır. Lap yaxşı. Bəs iki adam arasında olan fərdi məsələ niyə ictimailəşdirilir? Bir də ki, bu Tolik nə vaxtdan psixoterapevt olub?
Məsələ gün kimi aydındır. Bunlar hamısı Əli Həsənovun səfərbər etdiyi antimilli qüvvələrin təxribatlarıdır. Ona görə də ayıq olmaq lazımdır. Belə təxribatların davamı olacaq. Çünki televiziyaların başı üzərində bir Əli Həsənov kabusu dolaşmaqdadır.
Surxay Atakişiyev,
KONKRET.az.
P.S. Növbəti yazımızda Əli Həsənovun televiziyalarda hərbi vətənpərvərlik və maarifçilik mövzularını necə ayaqlar altına atdığından danışacağıq.