bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Rusiya kimi bir çox ölkələrdə korrupsiya və rüşvətxorluq artır, Azərbaycanda isə azalır” – Rəsul Quliyev

14-01-2021, 10:30 119 dəfə baxılıb

“Rusiya kimi bir çox ölkələrdə korrupsiya və rüşvətxorluq artır, Azərbaycanda isə azalır” – Rəsul Quliyev
"Demokratiyanın inkişafı və dərinliyinə görə Amerika birinci, Böyük Britaniya 2-ci yerdədir, 3 və 4-cü yerlər yoxdur, Almaniya, Niderland və ona bənzər bir neçə kiçik dövlətlər 10-cu yerlərə qədər demokratiya indeksinə malikdir. Fransa 15-ci yerdə olar. Amerika prezidenti səlahiyyətlərinə görə demokratik ölkələr arasında birincidir. Ancaq ona nəzarət edən konqresdə ən güclüdür. Deputatlar yaxşı bilirlər, Donald Trampın impiçmenti baş tutmayacaq. Ancaq bir daha Prezidentə yerini göstərmək istəyirlər".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

"Rusiya tipli ölkələrdə Kasaçov, Puşkov kimi başı boş ancaq ambisiyalı deputatlar ağız dolusu ABŞ-ın dağılmasından, xaosdan Rusiyanın optimal demokratiyasından danışırlar. Bu lap məşur lətifəyə oxşadı. Makron, Merkel və Putin allahın yanına gedirlər. Merkel soruşur, Allah, Almaniyada əsl demokratiya nə vaxt olacaq 25 il müddətində. Merkel “bəlkə də gördüm” deyib, gedir. Makrona Allah “100 ildən sonra baş tutar” deyir. Makron “Mən onu görməyəcəyəm” deyib ağlaya-ağlaya gedir. Putin də eyni sualı verir. Allah cavab vermək əvəzinə, başlayır ağlamağa, soruşanda niyə ağlayırsan? Allah “Onu mən görməyəcəyəm” cavabını verir. Amerika konstitusiyası bu ölkədə heç bir dövlət çevrilişi olmasına imkan verməz. Əksinə, ABŞ demokratiyasını və onunla əlaqədar iqtisadiyyatını gücləndirə-gücləndirə gedir. XIX əsrdən bu günə qədər dünyada baş verən bütün inqilabi inkişafın banisi ABŞ-dır. Hansı alimsə haradasa nəisə kəşf edə bilər. Ancaq onu həyata keçirən ABŞ-dır. Dəmir yollarının inkişafı, elektrik lampalar, dəyişən generatorlar, avtomobil və təyyarələrin kəşfi və istehsalı, atom və hidrogen bombalarının birinci dəfə istehsalı, ilk elektrik avtomobilləri, internet, “Facebook”, “Youtube”, ilk mobil telefonların kütləvi istehsalı, ilk təcrübədən keçmiş koronavirus vaksinin kəşfi və sair... Bu gün dünyanın perspektivdə nəzərdə tutulmuş proyektlərinin hamısının başında ABŞ durur. Vakumda işləyən dəmir yolları, tamamilə avtomatik rejimdə sürücüsüz işləyəcək avtomobillərin istehsalı, Marsa uçmaq və orada şəhərcik yaratmaq və sair işlər də ABŞ-a məxsusdur. Bunların hamısı həmin o yazdığım dərin demokratiyanın, insanların azadlığının səviyyəsinə görə baş verib. Belə bir qüdrətli ölkəyə ABŞ-ın hərbi xərclərinə bərabər olan dövlət büdcəli Rusiya “Amerika dağılır” deyir. Amerikanın dağılması dünyanın dağılması olar, cənab Rusiya siyasətçiləri. Şanlı Azərbaycan ordusu torpaqlarını azad edib və siz gündə “Bəlkədə qaytardılar” deyən yazıqlarsınız. İndi də Amerikanın dağılmasından sayıqlayırsınız. Azərbaycanın apardığı kadr siyasəti, ordusunnun döyüşmə gücünü Ermənistanla müqayisədə azı 3 dəfə artırması ölkədə dərin reformaların başlanığıcından xəbər verir. Rusiya kimi bir çox ölkələrdə korrupsiya və rüşvətxorluq artır, Azərbaycanda isə azalır. Bizim inkişafımız artdıqca əleyhimizə danışanları sayı artacaq, buna hazır olmaq lazımdır” - R.Quliyev qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930