bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndə kimdir? - DOSYE

27-01-2021, 22:03 105 dəfə baxılıb

Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndə kimdir? - DOSYE
Prezident İlham Əliyevin Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimovun bioqrafiyası ictimaiyyət üçün maraq doğurub.

Pravda.az-ın xəbərə görə, A.Kərimov bundan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub.

Şuşanın hazırkı xüsusi nümayəndəsi daha öncə “Ağ şəhər” layihəsinin həyata keçirilməsində böyük rol oynayıb. Beynəlxalq konfranslarda inşaat sahəsində rəqəmsal texnologiyalar və BİM texnologiyaları haqda çıxışlar edib.

A.Kərimov bu gün Prezident İlham Əliyevin qəbulunda etdiyi çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşısında qoyulan vəzifələrin, bütün tapşırıqlarının vaxtında və tələb edilən səviyyədə yerinə yetirilməsi üçün əlindən gələni edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30