bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

90 yaşlı Xalq şairi: "Bu boyda mükafatdan sonra nə ixtiyarım var ki, deyim yaxşı deyiləm"

18-02-2021, 14:54 165 dəfə baxılıb

90 yaşlı Xalq şairi: "Bu boyda mükafatdan sonra nə ixtiyarım var ki, deyim yaxşı deyiləm"
"Yubleyimdə özümü yaxşı hiss edirəm, bu boyda mükafatdan sonra mənim nə ixtiyarım var ki, deyim yaxşı deyiləm. Adamın əhval-ruhiyyəsi yüksəlir, oyanır və xəstəlik qorxub qaçır".

Bizimlider.com xəbər verir ki, bunu "Report"a açıqlamasında bu gün 90 yaşını qeyd edən Xalq şairi, dramaturq Nəriman Həsənzadə deyib.

"İstiqlal ordeni ilə təltif olunan N.Həsənzadə Prezident İlham Əliyevə təşəkkür edib: "Məni "İstiqlal" ordeni ilə təltif etdiyinə görə, cənab Prezidentə minnətdaram. Allah canını sağ eləsin. O, bizim Milli Qəhrəmanımızıdır. O, mənim gözümün qarşısında böyüyüb və çox razıyam".

N.Həsənzadə 90 illik yubileyi münasibətilə ilk təbriki kimdən aldığını da açıqlayıb: "Məni ilk təbrik edən qızım oldu. Zəng edib doğum günümü və Prezidentin təltifi münasibəti ilə təbrik etdi. Mənim üçün çox böyük sevinc oldu".

"Yubleyimi qeyd etmək üçün pandemiyanın bitməsini gözləyəcəm ki, qələm dostlarımla və oxucularımla görüşüm. Onlarsız keçirə bilmərəm", - N.Həsənzadə əlavə edib.

Xalq şairi yaradıcılıq fəaliyyətindən də danışıb: "Hər şey yaxşıdır, hazırda "Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır” pyesi üzərində işləyirəm. Əsər Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq”.

Qeyd edək ki, fevralın 17-də Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031