“O qədər yaxşı söz dediniz ki, gözümdən yaş gəldi” - Xoşbəxt Yusifzadə
"Mən necə danışım, heç özüm də bilmirəm. Məni o qədər təriflədiniz ki, mənim haqqımda o qədər yaxşı söz dediniz ki, gözümdən yaş gəldi. Yadıma düşdü, İranda idik”.
BAKU.WS xəbər verir ki, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.
O, Prerzident İlham Əliyevin çıxışından sonra söz alıb və çox kövrəldiyini qeyd edib:
"Cənab Heydər Əliyev orada məni tərif elədi. Bu, Heydər Əliyev ilə axırıncı dəfə biz İranda olanda olmuşdu. Mən protokola görə ən axırda dayanmışdım. Gəlib mənim yanımdan keçəndə dedi: gördün, səni nə qədər təriflədim, nə qədər yaxşı sözlər dedim.
Dedim ki, hörmətli Prezident, o qədər gözəl sözlər dediniz ki, mənim gözümdən yaş gəldi. Dedi, bura bax, gözünün yaşını sil, özün də get iranlılarla söhbətini davam elə, Allaha şükür, danışmağa da həvəsin var.
İndi o qədər mənə yaxşı sözlər dediniz, o qədər gözəl sözlər dediniz ki, mən bunların cavabında söz deməyə çətinlik çəkirəm. Nə deyim ki, buna bərabər olsun. Elə mənə Heydər Əliyevin ordeninin verilməsi.
Mən Heydər Əliyevin qarşısında həmişə baş əyirəm. O, Azərbaycanda birinci ordeni mənə verdi, elə Siz də. Təkrar etmək istəmirəm. Sonra da onun adı ilə bağlı olan nə alıramsa, bu, mənim üçün çox böyük hədiyyədir, çox böyük bir mükafatdır".