bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: 150-dən çox... - VİDEO

18-04-2020, 17:56 69 dəfə baxılıb

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: 150-dən çox... - VİDEO
Bu gün paytaxtın 150-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Oxu.Az-ın məlumatına görə, dezinfeksiya işlərinə səhər saat 05:00-dan başlanılıb.

Paytaxtın kommunal xidmətindən bildirilib ki, 30-dan çox küçə artıq dezinfeksiya olunub:

“Xidmətin 2000-dən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılıb.

Daxili İşlər Nazirliyi öz təşəbbüsü ilə paytaxtın dezinfeksiya işlərinə qoşulub. Bu işlərə səkkiz ədəd xüsusi nəqliyyat vasitəsi ayırıb”.

Fövqəladə Hallar Nazirliyinin də üç ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib.

Xatırladaq ki, dünən dezinfeksiya işləri ilə əlaqədar olaraq, paytaxt sakinlərinə bir sıra küçə və prospektlərə çıxmamaq barədə xəbərdarlıq edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30