DYP postları ləğv edilib? – RƏSMİ AÇIQLAMA
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində postların ləğv edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Anews.az-ın xəbərinə görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, rayonlar arası yollarda hazırda müxtəlif stasionar postlar var.
"Ayın 19-dan təşkil edilmiş bir neçə əlavə postlar var ki, onlar da hazırda fəaliyyət göstərirlər. Əsasən də paytaxtın inzibati ərazisinə giriş-çıxışına nəzarət eləyən postlardır. Amma Bakı şəhərində bu postlar müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yerləri dəyişdirilir. Şərtlərdən aslı olaraq, bəzən bir küçədə, bəzən də digər küçədə və yol ayrıclarında postlar quraşdırılır. Postların ləğv edilməsi hələ ki, tezdir".