bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda daha bir qadağa qüvvəyə mindi - RƏSMİ

9-05-2020, 12:48 142 dəfə baxılıb

Bakıda daha bir qadağa qüvvəyə mindi - RƏSMİ
Maskasız sərnişinlər dəmir yolu stansiyalarına buraxılmayacaq
"Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
Bu barədə QSC-nin yaydığı xəbərdarlıqda deyilir.
Bildirilir ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək: "Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031