Bakıda daha bir məşhur oteldə karantin qaydaları belə pozuldu - VİDEO
Bakıda daha bir məşhur oteldə karantin qaydaları pozuldu.
Anews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Belə ki, həmin görüntülər məşhur otel "Hyatt Regency Baku" da çəkilib.
Kadrlardan aydın görünür ki, onlarla insan otelin hovuzunun kənarında dincəlir.
Hotelin gigiyena və sağlamlıq üzrə meneceri Ramin Əzizov isə bildirib ki, sosial şəbəkələrdə yayılan video sərt karantin rejimindən əvvəl çəkilib.
"Hotelimizdə ölkədə elan edilən karantin qaydalarına riayət edilir. Yayılan görüntülər Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə elan edilən karantin rejiminin yumşaldılması zamanı çəkilib. Operativ qərargahdan soruşmuşduq ki, hotelin qonaqları daxili hovuzun kənarında otura bilərlər?Onlar bildirdilər ki, hovuz hotelin daxilindədisə, sosial məsafə qorunmaq şərti ilə olar. Şəkillər və video o zaman çəkilib. Sərt karantin olan kimi hoteldə olan qonaqlara məlumat verildi ki, hovuz ətrafına düşməyə icazə verilmir. İstədiyiniz zaman gəlib baxa bilərsiniz”, deyə Əzizov vurğulayıb.
Amma videoda insanların sosial məsafə qoruduğu aydın bilinmir.
Qeyd edək ki, dünən "Fairmont Baku” hotelində də xüsusi karantin rejiminin pozulması ilə bağlı görüntülər yayılmışdı. Karantin qaydalarını pozanlar saxlanılmışdılar.