bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda 2 həftəlik ən sərt qadağa gəlir,30 dekabr... - AÇIQLAMA

30-12-2020, 11:05 97 dəfə baxılıb

Azərbaycanda 2 həftəlik ən sərt qadağa gəlir,30 dekabr... - AÇIQLAMA
Son günlərin yoluxma sayı və ölənlərin statistikasi ürək açan deyil. Belə ki, günlük yoluxmaların sayı çox, ölənlərin sayı isə 40-dan çox olur.

Bizimlider.com xəbər verir ki, bir çox mütəxəssislər yoluxmaların artma səbəbini avtobuslardakı sıxlıqla əlaqələndirirlər. Bir neçə gün öncə keçirilən Operativ Qərargahın brifinqində 2 həftəlik sərtləşmələrin olacağı ilə bağlı xəbərdarlıq edildi. Gələn həftə sərtləşmə olarsa, avtobusların fəaliyyətinə 2 həftə məhdudiyyət qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, iki həftəlik avtobusların fəaliyyətinə məhdudiyyət qoyula bilər:

"Düşünürəm ki, qoyulmalıdır. Əgər təcili tədbirlər görülməsə, gündəlik yoluxma 5000-ni keçə bilər. Bu gün əsas yoluxma mənbəyi ictimai nəqliyyatdakı sıxlıqdır.

İnsanlarımız avtobuslarda maskadan düzgün istifadə etmir. Avtobusa minən kimi maskanı çənəyə endirirlər. İnsanlarımız anlamalıdır ki, yoluxmaların sayının kəskin artması xəstəxanalarda yer və dərman çatışmazlığına gətirib çıxara bilər. Hesab edirəm ki, apreldəki karantin rejiminə qayıtmalıyıq. Aptek və marketlərdən başqa digər iaşə obyektlərinin fəaliyyətinə 2 həftəlik də olsa məhdudiyyət qoyulmalıdır. Ən önəmlisi isə maskaların istifadəsinə nəzarət gücləndirilməldir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930