bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Sərt karantin rejimi davam edəcək” — AÇIQLAMA

30-07-2020, 22:39 1 422 dəfə baxılıb

“Sərt karantin rejimi davam edəcək” — AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Qeyd edək ki, gündəlik yoluxanların sayı xeyli düşüb. Belə ki 363 nəfər koronavirusa yoluxub, 622 nəfər sağalıb. Yoluxanların sayının yenidən iki rəqəmliyə düşməsi üçün yenidən sərt karantin rejimi bir neçə həftəlik uzadıla bilərmi?

Bizimlider.com xəbər verir ki, bununla bağlı konkret.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, sərt karantin rejiminin bitməsinə bir neçə gün var: "Son nəticəyə baxıb, Operativ Qərargah qərar verəcək. Sərt karantinin bitməsinə 7 gün vaxt var. Son nəticələr analiz edilərək yumşalmaya gedilib-gedilməyəcəyi barəsində qərar veriləcək. Sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə məlumatlar təhlil ediləcək, son nəticədə vəziyyətə uyğun qərar veriləcək. Bu gün bir söz demək çətindir. Hər şey insanlarımızdan asılı olacaq. İnsanlarımız nə qədər məsuliyyətli olub, qoyulan qaydalara əməl edərsə, normal həyatımıza qayıtmaq da bir o qədər tez olar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930