bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

SOCAR-da nə baş verir: maaşlar azaldı, kütləvi ixtisalar... - RƏSMİ AÇIQLAMA

7-01-2021, 12:42 142 dəfə baxılıb

SOCAR-da nə baş verir: maaşlar azaldı, kütləvi ixtisalar... - RƏSMİ AÇIQLAMA
Dövlət Neft Şirkəti (SOCAR) koronavirus pandemiyasının şirkətə yaratdığı problemlərin həlli məqsədilə bir sıra tədbirlərə, o cümlədən əməkdaşlarının maaşlarını azaltmağa başlayıb.

Şirkətdəki vəziyyət və görülən tədbirlərlə bağlı SOCAR-ın rəsmi İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə münasibət bildirərkən məlumat verib.

Onun sözlərinə görə, pandemiya şəraitində dünyanın bir çox aparıcı neft şirkətlərində ixtisarlar olub: «Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əməkhaqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır».

Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işçilərin attestasiyasının keçirilməsi haqqında əmr imzalayıb.

Bu əmr və attestasiyanın keçirilməsi barədə qərar şirkətdə ixtisarların olacağına işarə kimi də başa düşülür. Amma şirkət nümayəndələri SOCAR-da kütləvi ixtisarların olmayacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30