bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məktəb bufetlərində monitorinqlər keçiriləcək

7-07-2022, 12:25 40 dəfə baxılıb

Məktəb bufetlərində monitorinqlər keçiriləcək


Gələn ildən etibarən məktəblərdə fəaliyyət göstərən bufetlərdə monitorinqlərin keçirilməsi nəzərdə tutulur.
BizimLider.com xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinqdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Nazirliyin qaydalarına uyğun olaraq məktəblərdə hansı məhsulların satılmalı olduğu müəyyən olunub:

"Yoxlamalar aparılarkən hər hansı pozuntular aşkarlanırsa, Təhsil Nazirliyi bununla bağlı müəyyən tədbirlər görür. Uşaqlar məktəbdə 3-5 saat vaxt keçirir. Biz daha çox sağlam qidanın təşviqi ilə bağlı işlər aparmalıyıq. Ona görə ki, uşaqlar məktəbdən çıxıb həmin qidanı hansısa formada dükandan da ala bilərlər. Bunun üçün də valideynlərlə daha çox iş aparılmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031