bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşa bilər

11-07-2022, 11:06 34 dəfə baxılıb

Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşa bilər

Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin qalxacağı gözlənilir.

“BizimLider.com” xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb.

Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.

Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.

“Azərbaycan neft emal edən ölkədir. Bu, ona daxili bazarda neftdən alınan müxtəlif məhsullar – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamağa imkan verir. Hətta, bəzi neft məhsullarına görə qiymət qalxdıqda belə, bu, cəmiyyət arasında xüsusi narahatlığa səbəb olmadı. Çünki istehlakçı anlayır ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş digər ölkələr kimi onun qanunları ilə yaşayır və qiymət dəyişkənliyini nəzərə almaya bilməz” – deyə məqalədə qeyd olunur.

Ekspertlər hesab edir ki, neft və neft məhsullarının kəskin bahalaşması dünya iqtisadiyyatında növbəti tənəzzülə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930