bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Dühaların divanı” bizi yaxşı eşidən düşmənə də divan tutdu” - Cəlal Qurbanov

16-07-2022, 15:01 29 dəfə baxılıb

“Dühaların divanı” bizi yaxşı eşidən düşmənə də divan tutdu” - Cəlal Qurbanov


“Şuşa Qafqazın konservatoriyası adını geri qaytarır. Yeni "məclisi-üns"lərini yaşayır. Həsrətini çəkdiyi incəsənət, ədəbiyyat gecələrini, musiqi ilə açılan sabahlarını bərpa edir. Şuşaya sənət ruhu çox yaraşır”.

“BizimLider.com” xəbər verir ki, bu sözləri AYB - nin üzvü, Fire Land productionun rəhbəri Cəlal Qurbanov rəsmi instaqram səhifəsində yazıb.

C. Qurbanov sözlərinə belə davam edib:

“Heydər Əliyev Fondu hər zamankı qayğıkeşliyi ilə Şuşanın da ruhuna sığal çəkir, onu konsertlər, tamaşalarla əzizləyir.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə keçirdiyi Vaqif Poeziya Günləri çərçivəsində iyulun 14-də Cıdır düzündə seyr etməkdən doymadığım bu konsert-tamaşa üçün ilk növbədə Heydər Əliyev Fonduna, təşkilatçılığa rəhbərlik edən Anar Ələkbərova tamaşaçı təşəkkürlərini çatdırmaq istəyirəm.

Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar birliyinin də bu təşəbbüsdə iştirakı nəticəsində ərsəyə gələn möhtəşəm əsərdən peşəkarlıq yağırdı. Rejissor Nicat Kazımov səhnələşdirdiyi konsert-tamaşada Respublikamızın ən istedadlı və sənətinin zirvəsini yaşayan incəsənət nümayəndələri birləşmişdilər.

Hər kəsin çıxışında özünü tamaşaçılardan daha çox Şuşaya bəyəndirmək həvəsini sezmək olurdu. Çünki, uzun illər boyu ən gözəl məclislərə şahidlik və ev sahibliyi etmiş Şuşa əslində ən yaşlı və təcrübəli tamaşaçı idi. Məncə Şuşa öz doğmalarının ona olan münasibətini və sənətkarların verdiyi dəyəri çox bəyəndi!

Sanki, Qədim Azərbaycan torpaqlarının dörd bir yanından Şuşaya çağrılan ədəbiyyatımızın, incəsənətimizin müqəddəs ruhları Cıdır düzünə yığışmışdılar. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Xurşudbanu Natavan, Qasım Bəy Zakir, Mir Möhsün Nəvvab canlanmış kimi qarşımızda idilər. "Dühaların divanı" bizi yaxşı eşidən düşmənə də divan tutdu. Qəhrəman Şəhidlərimizin ruhları şad olsun! Allah Ali Baş Komandanımızı qorusun!

Hələ də, təəssüratından ayrıla bilmədiyim bu musiqili tamaşanı dünya səhnələrində də görməyi arzu edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031