Övladları ilə özünü binadan atan ana və uşağının son vəziyyəti açıqlandı
Bakıda iki uşağı ilə birlikdə intihara cəhd edən qadının son vəziyyəti açıqlanıb.
TƏBİB-dən "BizimLider.com"un sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə ötən axşam Yeni Yasamalda MİDA-nın yaşayış kompleksində baş verib. 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Uşaqlardan biri - 2018-ci il təvəllüdlü Abbasova Sara Suslan qızı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib. 2019-cu il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və ana Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.
***
"BizimLider.com"un əldə etdiyi məlumata görə, Aytən Abbasova qayınanası ilə mübahisə etdiyi üçün intihara cəhd edib.